ADD/ADHD - Tomatis Azərbaycan

Diqqət çatışmamazlığı və hiperaktivlik pozğunluğu (ADD/ADHD)

Siz və ya övladınız diqqəti toplamaqda çətinlik çəkirsiniz, dinləyərkən hərəkətsiz qala bilmirsiniz, tez diqqətiniz dağılır, bəzən səbəbsiz səhvlər edirsiniz, növbənizi gözləməkdə və ya başqalarının sözünü kəsmədən danışmaqda çətinlik çəkirsiniz? Siz tək deyilsiniz.

Dünyada 366 milyondan çox yetkin və 129 milyon uşaq ADD/ADHD – yəni Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğu diaqnozu ilə yaşayır. Bu vəziyyət bu gün ən geniş yayılmış nevroinkişaf pozğunluqlarından biridir və yaşdan, sosial vəziyyətdən, intellekt səviyyəsindən və cinsdən asılı deyil.

Gəlin araşdıraq, Tomatis® Metodu bu pozğunluğun müalicəsində tətbiq olunan terapiyanı necə tamamlayır və onun effektivliyini necə artıra bilər.

ADHD nədir? Niyə ADHD terapiyasına başlamaq lazımdır?

Neyroelm, beyin təsvirləmə və klinik tədqiqatların nəticələrinə əsasən, ADHD-ni sadəcə davranış pozğunluğu, psixi xəstəlik və ya öyrənmə çətinliyi kimi qəbul etmək düzgün deyil. Əslində, ADHD (Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğu) – beynin özünüidarəetmə sistemindəki inkişaf pozuntusu kimi xarakterizə olunur.

ADHD və ya ADD (Diqqət Çatışmazlığı Pozğunluğu) olan şəxslər tez-tez impulsiv davranış, diqqəti toplamaq və saxlamaq çətinliyi, həmçinin planlaşdırma və təşkilatçılıq problemləri ilə üzləşirlər. Bu fərqi anlamaq çox vacibdir, çünki düzgün yanaşma yalnız bu vəziyyəti “problemlər toplusu” kimi deyil, beynin funksional xüsusiyyəti kimi qəbul etməklə mümkündür.

ADHD/ADD terapiyası – məsələn, Davranış terapiyası və Koqnitiv-Davranış Terapiyası (CBT) – diqqəti cəmləmə, impulsları idarəetmə və hiperaktivliyi nəzarətdə saxlama bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu, nəticə etibarilə, insanın gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Tamamilə ayrıca bir müalicə proqramı olmasa da, Tomatis® Metodu – qulaq, beyin və bədən arasında əlaqəni gücləndirən neyrosensor təlim yanaşmasıdır. Bu metod qeyri-invaziv, təbii və dəstəkləyici üsul kimi ADHD terapiyasını tamamlayaraq onun nəticələrini gücləndirə bilər.

ADD və ADHD arasındakı fərq

ADD (Diqqət Çatışmazlığı Pozğunluğu) və ADHD (Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğu) terminləri tez-tez bir-birinin yerinə işlədilsə də, əslində eyni vəziyyətin fərqli tərəflərini ifadə edir.

ADHD – həm hiperaktiv, həm də diqqətsiz (inatentiv) alt tipləri özündə birləşdirən neyroloji pozğunluqdur.

ADD isə artıq rəsmi tibbi diaqnoz kimi istifadə olunmur, lakin gündəlik dildə əsasən diqqətsizliklə xarakterizə olunan ADHD tipi üçün geniş şəkildə işlədilir.

1994-cü ildən etibarən tibb mütəxəssisləri bütün bu alt tipləri əhatə edən vahid termin kimi ADHD adından istifadə etməyə başlayıblar. Buna baxmayaraq, “ADD” termini hələ də gündəlik nitqdə və ictimai istifadədə geniş yayılmışdır.

ADHD özünü necə göstərir?

Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğu (ADHD) üç əsas alt tipə bölünür: Əsasən Diqqətsiz Tip, Əsasən Hiperaktiv–İmpulsiv Tip, Qarışıq Tip. Hər bir alt tip gündəlik fəaliyyətə təsir edən fərqli simptomlarla xarakterizə olunur.

Diqqətsiz Tip ADHD (ADD)

  • Detallara fikir verməmək və səhlənkar səhvlər etmək

  • Diqqəti uzun müddət saxlaya bilməmək

  • Danışarkən diqqətsiz və ya laqeyd görünmək

  • Tapşırıqları və göstərişləri sona qədər yerinə yetirməmək

  • İşləri və fəaliyyətləri təşkil etməkdə çətinlik çəkmək

  • Zehni səy tələb edən tapşırıqlardan qaçmaq və ya təxirə salmaq

  • Lazımi əşyaları tez-tez itirmək

  • Xarici amillərlə asanlıqla diqqətin yayınması

  • Gündəlik fəaliyyətlərdə unutqanlıq

Hiperaktiv–İmpulsiv Tip ADHD

  • Hərəkətsiz dura bilməmək, oynaq və narahat davranış

  • Gözlənilən vəziyyətlərdə oturmaqda çətinlik

  • Hərəkəti dayandırmadan qaçmaq və ya dırmaşmaq

  • Sakit oyun oynamaq və ya fəaliyyətdə olmaqda çətinlik

  • Daim “hərəkətdə olmaq” və ya narahatlıq hissi

  • Həddindən artıq danışmaq

  • Cavabları vaxtından əvvəl demək

  • Növbəni gözləməkdə çətinlik

  • Başqalarının sözünü kəsmək və ya müdaxilə etmək

Qarışıq Tip ADHD

  • Qarışıq tip ADHD, bir şəxsdə həm diqqətsizlikdən 6 və daha çox, həm də hiperaktivlik və impulsivlikdən 6 və daha çox simptom müşahidə edildikdə diaqnoz qoyulur.

  • Adətən, kişilər hiperaktiv simptomları daha çox göstərir, qadınlar isə əsasən diqqətsizlik əlamətləri ilə üzləşirlər.

  • Bu fərq nəticəsində kişilərdə diaqnoz daha tez qoyulur, çünki onların simptomları ADHD kimi daha asan tanınır.

Gündəlik həyatda ADHD əlamətləri

ADD/ADHD-nin təsirləri insanın təhsilinə, karyerasına, ailə və sosial həyatına ciddi şəkildə təsir göstərə bilər. ADD/ADHD ilə yaşayan insanlar yaşlandıqca həyatları daha mürəkkəb və çətinləşə bilər. Gəlin ADD/ADHD əlamətlərinə baxaq və anlayış qazanaq ki, Tomatis® Metodu bu terapiyaya necə uyğun və faydalı bir əlavə ola bilər.

Uşaqlarda ADHD - Tomatis Azərbaycan

Uşaqlarda ADHD

  • Davranış problemləri

  • Məktəbdə çətinliklər

  • Diqqəti toplamaqda çətinlik

  • Sakit otura bilməmək

Yeniyetmələrdə ADHD - Tomatis Azərbaycan

Yeniyetmələrdə ADHD

  • Davranış problemləri

  • Məktəb tapşırıqlarında çətinliklər

  • Dostluq münasibətləri qurmaqda çətinlik

  • Məktəbdə nailiyyətləri əldə edə bilməmək

  • Özünə inamın aşağı olması

Gənc yetkinlərdə ADHD  - Tomatis Azərbaycan

Gənc yetkinlərdə ADHD

  • Məktəbdə və ya kollecdə uğursuzluq, təhsili yarımçıq buraxmaq

  • Ailə və dostlarla münasibətlərdə problemlər

  • Əhval-ruhiyyənin tez dəyişməsi

  • Müstəqilliklə çətinlik

  • İş yerində problemlər

  • Özünə inamın aşağı olması

  • Siqaret, spirtli içkilər və ya narkotik istifadəsi

  • Yaralanmalar və qəzalara meyl

Yetkinlərdə ADHD - Tomatis Azərbaycan

Yetkinlərdə ADHD

  • İşdə uğursuzluq, vəzifəni yerinə yetirə bilməmək və ya işdən ayrılmaq

  • Münasibətlərdə problemlər

  • Əhval-ruhiyyənin tez dəyişməsi

  • Müstəqilliklə başa çıxmaqda çətinlik

  • İş yerində çətinliklər

  • Özünə inamın aşağı olması

  • Siqaret, spirtli içkilər və ya narkotik istifadəsi

  • Yaralanmalar və qəzalara meyl

  • Uşaqlara qayğı göstərməkdə çətinlik

  • Büdcəni idarə etməkdə çətinlik

Niyə Tomatis® Metodu ADD/ADHD üçün effektiv dinləmə proqramıdır?

Tomatis® Metodu ADD/ADHD olan şəxslər üçün xüsusilə faydalıdır, çünki o, sensor inteqrasiya və eşitmə emalı proseslərinə fokuslanır. Bu yanaşma ADD/ADHD-nin formalaşmasında rol oynayan əsas sensor mexanizmlərə təsir göstərir.
ADD/ADHD üçün tətbiq olunan Tomatis® Metodundan sonra valideynlər və mütəxəssislər tərəfindən ən çox qeyd olunan faydalardan bəziləri bunlardır:

1

Sensor İnteqrasiyanı Gücləndirir

ADD/ADHD ilə əlaqəli sensor inteqrasiya çətinliklərini aradan qaldırmağa kömək edir, sensor məlumatların emalını və təşkilini daha səmərəli hala gətirir.

2

Eşitmə Stimulyasiyasını Gücləndirir

Filtrlənmiş və modulyasiya olunmuş səslərdən ibarət ardıcıl eşitmə stimulları vasitəsilə eşitmə sistemini aktivləşdirir və onu daha səmərəli emal üçün yenidən təlimləndirir.

3

Vestibulyar Sistemi Stimullaşdırır

Tarazlıq və məkan oriyentasiyası üçün mühüm olan vestibulyar sistemin tənzimlənməsinə töhfə verir və bununla da ADD/ADHD əlamətlərinin azalmasına kömək edir.

4

Dinləmə Bacarıqlarını İnkişaf Etdirir

Səsləri ayırd etmə, emal etmə və təhlil etmə qabiliyyətini gücləndirərək dinləmə bacarıqlarını inkişaf etdirir, bu isə diqqətin artmasına və məlumatın daha yaxşı qavranılmasına kömək edir.

5

Diqqət və Fokuslanmanı Yaxşılaşdırır

Eşitmə sisteminin yenidən təlimləndirilməsi diqqətin daha uzun müddət saxlanmasına və tapşırıqlara fokuslanma qabiliyyətinin artmasına kömək edir.

6

İmpulsivlik və Hiperaktivliyin Azaldılmasına Kömək Edir

İstifadəçilərdə impulsiv davranışların, daxili narahatlığın və hiperaktivliyə xas əlamətlərin azalması müşahidə oluna bilər.

7

Ünsiyyət Bacarıqlarını Gücləndirir

Dil emalı bacarıqlarının, nitqin aydınlığının və ümumi ünsiyyət qabiliyyətinin inkişafına kömək edərək daha sağlam və effektiv sosial münasibətlərin qurulmasına şərait yaradır.

8

Koqnitiv Bacarıqları Artırır

Eşitmə emalının optimallaşdırılması kognitiv funksiyalara müsbət təsir göstərir və öyrənmə nəticələrinin yaxşılaşmasına kömək edir.

9

Emosiyaların və Stressin İdarə Olunması

Sensor inteqrasiya vasitəsilə emosional tənzimləməni asanlaşdırır, impulsiv davranışların və əhval-ruhiyyə dəyişikliklərinin idarə olunmasına kömək edir, eyni zamanda stress səviyyəsinin azalmasına töhfə verir.